Küləkli hava şəraiti ilə bağlı sarı- XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti dekabrın 13-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bu barədə xidmətdən məlumat verilib.

Bildirilib ki, Laçın, Zəngilan, Ağdam, Ağdərə, Kəlbəcər, Yardımlı, Lerik, Qazax, Gəncə, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Şəmkir, Göygöl, Goranboy, Naftalan, Samux, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ucar, Ağdaş, Şamaxı, Qobustan, Qax, Balakən, Şəki, Zaqatala, Qusar, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Oğuz, Qəbələ, Salyan, Neftçala, Hacıqabul, Şirvan, Göyçay rayonlarında sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Əvvəlki məqalə

“Bunu sizə deyə bilmərəm…”

Sonrakı məqalə

Tramp Kiyevi Rusiyaya ABŞ raketləri atdığına görə tənqid edib