Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb. “Mercedes Sprinter” markalı mikroavtobusla “KamAZ” markalı yük maşını toqquşub. Zərbənin təsirindən “KamAZ” aşıb. Hadisə zamanı 8 nəfər xəsarət alıb, 2 nəfər ölüb. Xəsarət alanlar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.