Kürdəmirdə kişi arvadını, onun nənəsini və özünü bıçaqlayıb

Kürdəmirdə kişi özünə və yaxınlarına xəsarət yetirib.

Hadisə rayonun Topalhəsənli kəndində baş verib.

Hikmət Fikrət oğlu Əhmədov ailə münaqişəsi zəminində həyat yoldaşı Nargilə Eldəniz qızı Əkbərovaya, Əkbərovanın nənəsi Kifayət Hüseyin qızı Məmmədovaya və daha sonra özünə bıçaqla xəsarət yetirib.

Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, Hikmət Əhmədovla Nargilə Əkbərova 5 ay bundan qabaq ailə həyatı qurublar.

Faktla bağlı araşdırma aparılır. (APA)

Əvvəlki məqalə

“Qiymətlərdə ciddi artımlar baş verir və ərzaq qıtlığı real təhlükəyə çevrilir” –

Sonrakı məqalə

Zakir Qaralovun ölkədən çıxışna “stop” qoyulub? –