Kürdəmirdə mikroavtobusla yük maşını toqquşub- Ölənlər və xəsarət alanlar var (FOTO)

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb. “Mercedes Sprinter” markalı mikroavtobusla “KamAZ” markalı yük maşını toqquşub. Zərbənin təsirindən “KamAZ” aşıb. Hadisə zamanı 8 nəfər xəsarət alıb, 2 nəfər ölüb. Xəsarət alanlar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Əvvəlki məqalə

“Trendyol” sifarişlərini birbaşa Azərbaycana təslim etməyə başlayıb

Sonrakı məqalə

“Üçtərəfli Bəyanat atəşkəs razılaşması deyil, sülh sazişi də deyil”