Kürdəmirdə yol qəzasında iki hərbçimiz həlak oldu –Bir hərbçi ağır yaralıdır - FOTO

Kürdəmir rayonunda baş verən qəzada yaralanan hərbiçilərimiz vəfat edib.

Kürdəmir rayon Polis şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə zamanı xəsarət alan iki hərbiçi – 1988-ci il təvəllüdlü mayor Yusif Mahir oğlu Məmmədli və 1999-cu il təvəllüdlü Fərid Samir oğlu Nəsibov Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

Hadisə zamanı xəsarət alan 1994-cü il təvəllüdlü Hatəm Aydəmiroviç Baydaşovun isə vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, hadisə bu gün Bakı-Qazax magistralının Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Toyota” markalı minik avtomobili idarəetməni itirərək “Azpetrol” MMC-yə məxsus “Man” markalı yük maşınına çırpılıb.

Əvvəlki məqalə

Moldovada Rusiya xəbər proqramlarının yayımı qadağan edildi

Sonrakı məqalə

Kəlbəcərdə mövqelərimiz yenidən atəşə tutulub