Kürdəmirin icra başçısı Cinayət Məcəlləsinin 4 maddəsi ilə təqsirləndirilir –İTTİHAM

Kürdəmirin icra başçısı Ceyhun Cəfərova qarşı irəli sürülən ittihamlar məlum olub.

APA Elektron Məhkəmə Sisteminə istinadən xəbər verir ki, C.Cəfərov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) və 311.3.3-ci (rüşvət alma – külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

C.Cəfərov bu gün məhkəmə qarşısına çıxarılacaq. Binəqədi rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılacaq.

Qeyd edək ki, C.Cəfərov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ötən keçirilən əməliyyat nəticəsində saxlanılıb. Onunla birlikdə birinci müavin Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslərin də məsuliyyətə cəlb edildiyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı Polisi kafe-restoranları yoxlayır –

Sonrakı məqalə

“Bundan sonra karantin rejimi bütün ölkədə deyil, bölgə-bölgə olaraq ortaya qoyulmalıdır” –