“Kurtlar Vadisi”ndəki “Elif”in fotosu hamını təəccübləndirdi –Aktrisa tanınmaz hala düşüb

Türkiyənin məşhur “Kurtlar Vadisi” serialının baş rol ifaçılarından olan aktrisa Özgü Namal son görüntüsü ilə hamını təəccübləndirib.

Türkiyənin “A Haber” telekanalının məlumatına görə, Polat Alemdarın (Necati Şaşmaz) sevgilisi Elif (Özgü Namal) obrazını canlandıran məşhur aktrisanın xarici görünüşü son dərəcə dəyişib.

İki il əvvəl həyat yoldaşı Serdar Oralı itirən Özgü Namal şou-biznes aləmindən, ekranlardan uzaq düşüb.

Sonuncu dəfə Oktay Kaynarcanın çəkiliş meydançasında görüntülənən aktrisa ağarmış saçı ilə diqqət çəkib.

Əvvəlki məqalə

60 il əvvəl smartfonlar barədə məlumat ABŞ qəzetinə necə düşüb? –

Sonrakı məqalə

Azərbaycanın xarici borcu nə qədərdir? –