Ukraynadakı müharibə dünyada kütləvi aclığa və qlobal qida sisteminin dağılmasına səbəb ola bilər.
Azpost.info xəbər verir ki, bu barədə BMT baş katibi Antonio Quterreş “Tvitter” səhifəsində yazıb. “Ukraynadakı müharibə tədarük zəncirlərini pozur.
Yanacaq, ərzaq və nəqliyyat qiymətlərinin sürətlə artmasına səbəb olur. Biz aclıq qasırğasının və qlobal ərzaq sisteminin çökməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi etməliyik”, – Quterreş qeyd edib.
Azpost.info