Kütləvi məzarlıqlar daha çox əsirlikdən qayıtmış şəxslərin göstərdikləri ərazilərdə tapılır- Xanlar Vəliyev

“Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində kütləvi məzarlıq cihazlar vasitəsilə axtarışlar zamanı üzə çıxmayıb”.

Bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda çıxışında Azərbaycan Respublikasının baş prokurorunun müavini, Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev deyib.

Hərbi prokuror qeyd edib ki, bu, meyit qalıqlarının qəbirlərdə deyil, torpağın qazılaraq qeyri-insanı şəkildə basdırılmasına görədir: “Ona görə də kütləvi məzarlıqlar əsirlikdən qayıtmış şəxslərin göstərdikləri ərazilərdə daha çox tapılır. İtkin düşmüş şəxslərin qalıqlarının aşkarlanması ilə bağlı beynəlxalq təcrübə öyrənilir, işlər davam etdirilir və bu işlər daha da geniş şəkil alacaq”(apa).

Əvvəlki məqalə

Hərbi prokuror Ermənistanın Azərbaycana təhvil verdiyi meyit qalıqlarının sayını

Sonrakı məqalə

Sabah hava necə olacaq?