KXDR ordusu Cənubi Koreyaya gedən iki yolu partladıb.
Azpost.info xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinə istinadən məlumat yayıb.
Partlayışlar Şimali Koreya ərazisində Gyeongsong və Donghae xətləri boyunca baş verib. Birincisi şimaldakı Kesonq şəhərini qərbdə Cənubi Koreya Paju ilə birləşdirir, ikincisi ölkənin şərqində yerləşir.
Qərargahdan verilən açıqlamaya görə, Cənubi Koreya hərbçiləri xəsarət almayıb və iki Koreyanı ayıran demarkasiya xəttinin cənubunda atəşlə cavab veriblər. Seul hesab edir ki, KXDR-in hərəkətləri Koreyalararası quru kommunikasiyalarının tamamilə məhv edilməsinə və müdafiə strukturlarının tikintisinə yönəlib.
Azpost.info