Lənkəranda dini icma rəhbəri məsciddə özünü asıb

Lənkəran rayonu, Qurumba kənd məscidinin dini icmasının sədri Hacıhəsən Babayev intihar edib.

Report xəbər verir ki, hadisə məscidin ərazisində baş verib.

H.Babayev məscidin həyətində olan yardımçı tikilidə özünü asıb. O, hadisədən əvvəl məktub yazaraq onun intihar etməsində heç kəsin günahının olmadığını bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirib. Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Əvvəlki məqalə

Prezidentlərin təkbətək görüşü başladı

Sonrakı məqalə

Azərbaycan və Türkiyə prezidentləri Cəbrayılda mətbuata bəyanatla çıxış edib