Lənkəranda küçədə meyit aşkarlanıb.
Meyit şəhərin Şəhidlər xiyabanı küçəsində tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Təqribən 50-55 yaşlarında olan kişinin meyiti ərazidən götürülərək müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.
meyiti tapılan şəxsin kimliyi müəyyən olunub.
Meyiti tapılan şəxsin 1976-cı il təvəllüdlü, Lənkəran şəhər sakini Tahir Cəlal oğlu Yusubov olduğu bildirilir.
Məlumata görə, Tahir Yusubov tikintidə fəhlə işləyirmiş.