Lənkəranda kütləvi zəhərlənmə olub.
Kütləvi zəhərlənmə rayonun dağ kəndi olan Bəlitonda baş verib.
Ad günü, eyni zamanda nişan mərasiminə gələn qonaqlar qida qəbulundan sonra özlərini pis hiss ediblər. 17 nəfər ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına aparılıb.
Onlara ilkin tibbi yardım göstərilib və müvafiq şöbələrə yerləşdiriliblər. Zəhərlənənlərdən 7 nəfəri ambulator müalicə üçün evə buraxılıb. 10 nəfərin müalicəsi xəstəxanada davam etdirilir(apa).
**
24 aprel saat 01:15 radələrində Lənkəran rayon Bəliton kənd sakinləri olan 17 nəfər (1-i kişi, 7-si qadın, 9-u uşaq olmaqla) qida zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Bu barədə TƏBİB-dən APA-ya bildirilib.
Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
“7 nəfər ambulator müalicə üçün evə buraxılıb, 10 nəfər isə tibb müəssisəsinin müvafiq şöbəsinə yerləşdirilib. Vəziyyətləri stabildir”, – məlumatda vurğulanır.