Lənkəranda 3 aylıq hamilə olan 18 yaşlı gəlin itkin düşüb – FOTO

Lənkəranda 18 yaşlı gəlin itkin düşüb.

Lənkəran rayonunun Velədi kənd sakini, 2004-cü il təvəllüdlü Lamiyə Valeh qızı Məmmədova 8 gün öncə evdən çıxaraq, geri qayıtmayıb. Hadisə ilə bağlı dərhal rayon Polis Şöbəsi məlumatlandırılıb. Yaxınları və Lənkəran Polis Şöbəsi əməkdaşları Lamiyənin axtarışlarına başlayıblar. Axtarışlar hələlik nəticəsiz qalıb.

Hazırda onun axtarışları istiqamətində işlər davam etdirilir.

Lamiyənin 3 aylıq hamilə olduğu bildirilir. O, evdən çıxarkən 40 manat pul götürüb.

Əvvəlki məqalə

İranın Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirilib –

Sonrakı məqalə

“Çoxdan içəri atmaq lazım idi!”