Lənkəranda “Prius”la “Tofaş” toqquşdu –Ölən və yaralananlar var/FOTO /ADLAR

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Lənkəran şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

99-KE-639 dövlət nömrə nişanlı “Tofaş” markalı avtomobillə 10-TX-820 nişanlı “Toyota Prius” markalı nəqliyyat vasitəsi toqquşub.

Hadisə nəticəsində bir nəfərin öldüyü, iki nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. (APA)

 

Lənkəranda baş verən qəzada ölən və yaralıların kimliyi məlum olub.

2002 – ci il təvəllüdlü Şəkər Samir oğlu Səfərlinin idarə etdiyi “Tofaş” markalı nəqliyyat vasitəsi, Lənkəran rayonunun Digah kənd sakini 1995 – ci il təvəllüdlü Akşin Manaf oğlu Əhmədovun idarə etdiyi “Toyota Prius” markalı avtomobillə toqquşub.

Dərhal hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Qüvvələri cəlb olunub.

Yaralılar deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılıb.

“Tofaş” markalı nəqliyyat vasitəsində sərnişin qismində olan 1983 – cü il təvəllüdlü Səfərova Sevinc Ağamehdi qızı dünyasını dəyişib.

Hər iki sürücü ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onlara ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, dünyasını dəyişən Sevin Səfərova Şəkər Samir oğlu Səfərlinin anası olub.

O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında qeydiyyat şöbəsində çalışırdı.

Faktla bağlı araşdırma davam etdirilir.

Əvvəlki məqalə

Tiflisdə etirazçılar hakimiyyət qarşısında iki tələb qoyub

Sonrakı məqalə

Tbilisidə xüsusi təyinatlı polislər etiraz aksiyasını dağıdıb