Laçın dəhlizində vəziyyət necə başa çatacaq? –TƏHLİL

Artıq dördüncü gündür ki, Şuşa yaxınlığında Laçın dəhlizi Azərbaycan vətəndaş cəmiyyətinin fəalları tərəfindən bağlanır.

Onlarla fəal bir neçə saatda bir bir-birini əvəz edərək yolu tutmağa davam edir. Dünən aksiya iştirakçıları Rusiya sülhməramlılarının humanitar yük daşıyan üç maşınını buraxıblar.

Ötən gecə yolda böyük ekran yerləşdirilib, aksiya iştirakçıları və Rusiya sülhməramlıları bu ekranda Fransa-Mərakeş futbol maçının yarımfilan mərhələsini izləyiblər. Sülhməramlılarla hər hansı toqquşma və ya münaqişə qeydə alınmayıb.

Qarabağ separatçılarının sülhməramlıların yolu açmasına dair tələbi eşidilmir.

Separatçıların yeni lideri Ruben Vardanyanın Moskvaya isterik müraciətlərinə cavab olaraq XİN nümayəndəsi Mariya Zaxarova Moskvanın “narahat olduğu”, “gərginliyin aradan qaldırılması üzərində fəal şəkildə işlədiyi” və “nəqliyyat əlaqəsinin bərpa ediləcəyinə ümid etdiyi” haqqında təmkinli açıqlama verib.

Separatçıların yeni lideri Ruben Vardanyanın Rusiya rəhbərliyinə müraciətlərinə də Moskva tərəfindən məhəl qoyulmur.

Rəsmi Bakı Qarabağda yataqların qanunsuz işlənməsinə son qoyulana qədər yolun açılmayacağını bildirir.

Bundan başqa, regionun qaz təchizatı da bərpa edilməyib, bu da separatçılar üçün bir siqnaldır.

Qeyri-rəsmi mənbələrdən Turan-a daxil olan məlumata görə, vəziyyətin bir neçə inkişaf ssenarisi ola bilər: 1) Laçın dəhlizində Azərbaycanın güc qurumlarının nəzarət-buraxılış məntəqəsi quraşdırılacaq, 2) Yataqların qanunsuz işlənməsinə son qoyulacaq və Bakı nümayəndələri oraya buraxılacaq, 3) Ermənistan tərəfin silahlı münaqişə yaratmaq cəhdləri bu ilin martında Fərrux yüksəkliyi ətrafında olduğu kimi, qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi üzrə hərbi əməliyyata gətirib çıxaracaq.

Sülhməramlıların sakit davranışı və Moskvanın ciddi reaksiyasının olmaması bu ssenarilərin istənilən birinin və hətta hamısının tamamilə real olduğunu göstərir.

Əvvəlki məqalə

Quba yolundakı qəzada ölənlər dəmiryolçular imiş

Sonrakı məqalə

“Putinə Əsədlə üçtərəfli görüşün keçirilməsini təklif etdim”