Laçın, Şuşa, Xankəndi şəhərləri istiqamətində nəqliyyat təminatının planı hazırlanır

Qarabağda həm şəhərlərarası, həm də şəhərlərdaxili sərnişindaşımaların həyata keçirilməsi üzrə işlər gedir.

Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev nəqliyyat sahəsində qanunvericiliyə edilən dəyişikliklərlə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, ilk olaraq Laçın, Şuşa, Xankəndi şəhərləri istiqamətində nəqliyyat təminatının planı hazırlanır.

“Hətta biz artıq müsabiqələr elan etmişik. Bakı-Laçın marşrutu müsabiqəyə çıxarılıb. Bundan başqa, Bərdə-Xankəndi və Bərdə-Şuşa marşrutlarının açılması da nəzərdə tutulur”, – deyə o qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.