Laçın yolunda aksiya keçirilən yerdən ermənilərə humanitar yardım aparan maşın karvanı maneəsiz hərəkət edir- FOTO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın yolundan növbəti humanitar yardım maşınları keçib.

APA xəbər verir ki, əvvəldən razılaşdırılmış qaydaya uyğun olaraq, bu gün aksiya iştirakçıları tərəfindən Rusiya sülhməramlı kontingentinə məxsus avtomobillərin maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.

Rusiya sülhməramlılarına məxsus maşınlarda ermənilərə humanitar yardım aparılıb.

Bu, bir daha göstərir ki, Azərbaycan dövlətinin və aksiya keçirənlərin dinc erməni əhalisi ilə heç bir problemi yoxdur. Qarabağdakı ermənilərin düşməni Ruben Vardanyandır.

Əvvəlki məqalə

““Vaqner” Afrikada sülhməramlılara və BMT əməkdaşlarına təhlükə yaradır”

Sonrakı məqalə

200 şəxs, 3 bank, 4 telekanal…