Laçın yolundan növbəti humanitar yardım karvanı keçib –VİDEO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın yolundan növbəti humanitar yardım karvanı keçib.

Əvvəldən razılaşdırılmış qaydaya uyğun olaraq, bu gün saat 20:35-də aksiya iştirakçıları tərəfindən Rusiya sülhməramlı kontingentinə məxsus 2 ədəd “KamAZ” markalı yük maşını və 2 ədəd UAZ Patriot markalı minik avtomobilinin Laçından Xankəndi istiqamətinə, 1 ədəd “Tigr” markalı zirehli avtomobilin isə əks istiqamətdə hərəkətinə şərait yaradılıb.
Humantar yardım karvanı aksiyanın keçirildiyi yerdən heç bir maneəsiz hərəkət edib.

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.