Laçında Azərbaycan və Ermənistan elektrik enerjisi ilə bağlı mühüm müzakirəyə başladı

Avqustun 25-də Laçın şəhərində Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə enerji məsələlərinə dair işgüzar görüş keçirilib.

Azpost.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycanın Energetika Nazirliyinin və “Azərenerji” ASC-nin, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin, həmçinin “Elektrik Enerjisi Sisteminin Operatoru” şirkətinin nümayəndələri iştirak ediblər.

Tərəflər Azərbaycan və Ermənistan arasında elektrik enerjisinin idxalı və ixracı imkanlarını müzakirə ediblər.

Görüşün əsas mövzularından biri də iki ölkənin enerji infrastrukturlarının dövlət sərhədində bir-biri ilə əlaqələndirilməsi olub. Bu məqsədlə mümkün texniki və infrastruktur variantları nəzərdən keçirilib.

Bu, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində iqtisadi əməkdaşlıq istiqamətində atılan diqqətçəkən addımlardan biri hesab oluna bilər. Elektrik enerjisi sahəsində mümkün əməkdaşlıq iki ölkə arasında qarşılıqlı enerji mübadiləsi üçün yeni imkanlar yarada bilər.

Tərəflər elektrik enerjisinin idxalı və ixracı imkanlarının reallaşdırılması üçün iki ölkənin enerji sistemlərinin dövlət sərhədində əlaqələndirilməsinin mümkün variantları ətrafında fikir mübadiləsi aparıblar.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.