Laçında polis xidməti bərpa edilib, komendant təyin olunub- FOTO

Laçın rayonunun inzibati ərazisində Rayon Polis Şöbəsinin əməkdaşları xidməti fəaliyyətini bərpa edib. Laçın Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Adil Əsədov rayonun komendantı təyin olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib.

Qeyd edib ki, rayon ərazisində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən postlar qurulub, gündəlik olaraq xidmət aparılır. Rayona səfər edən qonaqların təhlükəsizliyinin təmin edilməsi yüksək səviyyədə təşkil olunur.

 

Əvvəlki məqalə

Tokayev prezidentlik müddətini qısaldır, yeni seçkiyə gedir

Sonrakı məqalə

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib