Laçının daha bir kəndinə köç başlayır

Laçın rayonunun Güləbird kəndinin sakinləri doğma yurdlarına qayıdacaq.

Bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov məlumat verib.

O, “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimində deyib ki, növbəti mərhələdə Laçın sakinlərinin Güləbird kəndinə köçürülməsinə başlanılacaq.

Güləbird kəndinə köçün bu ilin ikinci yarısında həyata keçiriləcəyi bildirilib.

Qeyd edək ki, Güləbird kəndi İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad edilib. 2006-cı ilin statstikasına görə Güləbird kəndinin əhali sayı 1460 nəfər olub.

Xatırladaq ki, Laçın rayonuna köç ötən ilin may ayında başlayıb. Hazırda Laçın şəhərində iki mindən, Zabux və Susda isə mindən çox sakin məskunlaşıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.