“Lalə xanım yaxşıdır, səhhətində də hər hansı problem yoxdur”.
Bu sözləri Azpost.info-a Azərbaycan Liberal Partiyasının lideri, keçmiş dövlət katibi Lalə Şövkət Hacıyevanın oğlu Sidqi Hacıyev deyib. O, əlavə edib ki, Lalə xanımın aktiv siyasətdə görünməməsi barədə heç nə deyə bilməyəcək.
Sidqi Hacıyev ALP liderinin yenidən siyasət meydanına qayıdıb-qayıtmayacağı barədə danışmaq istəməyib. “Bu barədə heç nə deyə bilmərəm. Onu deyə bilərəm ki, hər şey yaxşıdır, Lalə xanım da yaxşıdır, prosesləri izləyir”, – deyə Sidqi Hacıyev bildirib.
Azpost.info