Lalə Şövkətin infarktdan sonrakı durumu açıqlandı

“Lalə xanım nisbətən yaxşıdır. Səhhətində irəliləyiş var. Ümumiyyətlə, infarktdan sonra gərək uzun müddət özünü qoruyasan. Mən də onu qoruyuram”.

Bu sözləri Teleqraf-a ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkətin oğlu Sidqi Şövkət deyib.
“Müalicəsi davam edir. İnfarktdan sonra həkimlər Lalə xanıma çox hərəkət etməməyi və danışmamağı tövsiyə etmişdi. Sadəcə, infarktan sonra həmişə tövsiyə olunur ki, pasiyent çox hərəkət eləməsin, çox ünsiyyətdə olmasın. Lalə xanım da daha çox ev şəraitində müalicəyə üstünlük verir, xəstəxanın adını belə eşitmək istəmir”,- o qeyd edib.
Xatırladaq ki, Lalə Şövkət 2021-ci ildə infarkt keçirib, ürək əməliyyatı olmuşdu.
1951-ci il noyabrın 7-də Bakı şəhərində anadan olan Lalə Şövkət (Lalə Hacıyeva) 1993-cü il iyulun 7-dən 1994-cü il yanvarın 29-dək Dövlət katibi vəzifəsində çalışıb. 1995-2023-cü illərdə isə o, Azərbaycan Liberal Partiyasının sədri olub.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.