Latviya Rusiyanın 80 telekanalına qadağa qoydu

Latviya Elektron Media Şurası Rusiyada qeydiyyatdan keçmiş 80 telekanalın yayımını qadağan edib.

Azpost.info xəbər verir ki, qərar iyunun 9-da qüvvəyə minəcək. Şuranın sədri İvars Abolins bildirib ki, bu tədbirlər başqa ölkənin ərazi bütövlüyü və müstəqilliyinə xələl gətirən proqramların Latviyada işləməsini qadağan edən hüquqi norma əsasında həyata keçirilib.

Rusiya telekanallarının xaricdə yayımına qadağa Ukraynada fevralın 24-dən davam edən hərbi əməliyyatı fonunda başlayıb.

Mart ayında İtaliya “Birinci kanal”, “Rossiya 24” və RT telekanalını yayım şəbəkəsindən çıxarıb. RT və “RT France” Kanada da qadağan edilib. Britaniyada tənzimləyici orqan RT-nin lisenziyasını ləğv edib. ABŞ-da RT bölməsi məzmun istehsalını dayandırıb və işçilərin əksəriyyətini ixtisar edib.

Azpost.info

Əvvəlki məqalə

Lavrov hava məkanının onun üçün bağlanmasını “ağlasığmaz” adlandırıb

Sonrakı məqalə

Onkoloji xəstələr tibbi sığortaya buna görə salınmırmış –