Lavrov ayrı-ayrılıqda Azərbaycan və Ermənistanın icma nümayəndələri ilə görüşüb
Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyadakı Azərbaycan və Ermənistan icmalarının tanınmış nümayəndələri ilə ayrı-ayrılıqda görüşlər keçirib.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Lavrov "Kiyevskaya ploşad" şirkətinin rəhbəri Qod Nisanov və Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanla görüşüb.
Görüşdə Rusiya Federasiyası ərazisində hazırkı qanunvericiliyə müvafiq olaraq millətlərarası sülhün və razılığın dəstəklənməsində Azərbaycan və erməni icmalarının rolu müzakirə olunub.
Rusiya vətəndaşlarının hüquqlarının milli zəmində pozulması hallarının qarşısının alınması və aradan qaldırılması üçün ortaq izahedici və maarifləndirmə işlərinin əhəmiyyəti qeyd edilib.
Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılmasına şərait yaradılması üçün Azərbaycan və Ermənistan icmalarının konstruktiv töhfəsinin zəruriliyi vurğulanıb. (APA)
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...