Lavrov BMT Baş katibi Antonio Quterreşə çağırış edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilən görüşdən sonra təşkilatın Baş katibi Antonio Quterreşə çağırış edib.

Azpost.info xəbər verir ki, o, həmkarlarının Ukraynada siyasiləşdirilmiş psevdosülh təşəbbüslərinə cəlb olunmasına imkan verməməyə çağırıb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Lavrov rəhbərliyin və BMT Katibliyinin bütün əməkdaşlarının qərəzsizlik və bərabər məsafəlilik prinsiplərinə ciddi riayət etməsinin vacibliyini xatırladıb.

Tərəflər Ukraynadakı münaqişə ilə bağlı fikir mübadiləsi aparıb. Lavrov və Quterreş Yaxın Şərqdəki, o cümlədən Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti də müzakirə ediblər.

Azpost.info

Əvvəlki məqalə

İtaliya Rusiyanın nüvə doktrinasında dəyişiklikləri şərh edib

Sonrakı məqalə

Yaxınlaşan infarktın 5 əlaməti