Rusiya ilə Çin arasında əməkdaşlıq beynəlxalq siyasətdə sabitləşdirici amilə çevrilib.
Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Van İ ilə görüşdə bildirib.
“Əsrin dörddə üçü ərzində hərtərəfli tərəfdaşlıq və qarşılıqlı fəaliyyətə nail olan Rusiya-Çin münasibətləri beynəlxalq həyatın vacib elementlərindən birinə çevrilib”, – Lavrov deyib.
Lavrov Moskva və Pekin arasındakı münasibətləri bu ölkələrin daxili inkişafında mühüm amil adlandırıb.
Azpost.info