“Lavrova daha çox yer ayırırsız”- Borrel Qərb mediasından şikayətləndi

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Jozep Borrel medianın ondan Rusiya xarici işlər naziri Sergey Lavrovdan daha az sitat gətirməsindən şikayətlənib.

Azpost.info xəbər verir ki, o, bu barədə SER radiosuna verdiyi müsahibədə danışıb.

“Lavrov günahın Avropa sanksiyalarında olduğunu söyləmək üçün Afrikaya səfər edir və bütün Qərb mətbuatı bunu təkrarlayır. Mən bunun əksini demək üçün Afrikaya gedirəm və heç kim bu məlumatı  götürmür”, – Borrel deyib.

Başqa bir misal kimi o, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin Afrika İttifaqı sammitinə bu yaxınlarda baş tutan səfərini göstərib. Həmin sammitdə Şarl Mişel Ukrayna böhranı ilə bağlı Aİ-nin mövqeyini səsləndirmişdi.

“Mən bundan danışan bir qəzet, bir dənə də olsun Qərb mediası görmədim. Sanki düşməni dinləmək kimi, bir tendensiya var”, – Borrel bildirib.

Azpost.info

 

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

Dövriyyədə olan ödəniş kartlarının sayı açıqlandı