Leonardo Di Kaprio evini 32 min dollara kirayəyə verir- FOTOLAR

Məşhur aktyor Leonardo Di Kaprio malikanəsini kirayəyə verir.

Azpost.info xəbər verir ki, “Titanik” ulduzunun Beverli Hillsdəki malikanəsində qalmaq üçün aylıq 32,5 min dollar ödəmək lazımdır.

Aktyor bu əmlakı 2021-ci ildə 10 milyon dollara alıb. 1930-cu illərdə tikilmiş iki mərtəbəli malikanə bu yaxınlarda əsaslı təmir olunub. O, 0,1 hektar ərazidə yerləşir, hovuzu, bir maşınlıq qarajı və qonaq evi var.

434 kvadratmetrlik evin içərisində 4 yataq otağı, 6 vanna otağı, qonaq otağı, bar və mətbəx var.

Azpost.info

Əvvəlki məqalə

İlham Əliyev İranın Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib

Sonrakı məqalə

Avropa Komissiyasının Prezidenti ölkəmizə gəlir