Lerikdə bir ailənin 4 üzvünün ölümünün təfərrüatları məlum olub

Lerikdə 4 nəfərin ölümü ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.

4 nəfərin ölümünə səbəb ailənin həyətyanı sahədə qurduqları su hovuzunun motoru olub.

Belə ki, 1941-ci il təvəllüdlü Sərnaz Tahirova su motorunun işlək vəziyyətdə olduğunu bilmək üçün su hovuzuna yaxınlaşıb. Motordan su hovuzuna elektrik cərəyanı keçirtdiyi üçün Sərnaz Tahirovanı vurub. Sərnaz Tahirova su hovuzuna düşüb. Ona köməyə gələn digər ailə üzvlərini də elektrik cərəyanı vurub.

Faktla bağlı cinayət işi açılıb.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

Qeyd edək ki, Lerik rayonun Tikəband kəndində 4 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lerik rayon prokurorluğundan APA-ya verilən məlumata görə, ilkin araşdırma zamanı eyni ailənin 4 üzvünün elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisə nəticəsində 1941-ci Il təvəllüdlü Sərnaz Tahirova, 1973-cü il təvəllüdlü Almagül Tahirova, 1993-cü il təvəllüdlü Şəfa Mirzəyeva və 10 yaşlı M.B-dir (azyaşlının ad və soyadı şərtidir) həlak olub.

 

 

Əvvəlki məqalə

Laçın istiqamətində mövqelərimiz atəşə tutulub

Sonrakı məqalə

Dilarə Oqtay Əliyevin vəfatından sonra ilk dəfə efirə çıxdı – FOTO