Lerikdə bir ailənin 4 üzvünü elektrik cərəyanı vurub öldürdü –YENİLƏNİB

Lerik rayonun Tikəband kəndində 4 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lerik rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırma zamanı eyni ailənin 4 üzvünün elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

 

**

Lerikdə baş verən hadisə nəticəsində zərərçəkənlərin şəxsiyyəti müəyyən edilib.

Lerik rayon prokurorluğundan APA-ya verilən məlumata görə, onlar 1941-ci Il təvəllüdlü Sərnaz Tahirova, 1973-cü il təvəllüdlü Almagül Tahirova, 1993-cü il təvəllüdlü Şəfa Mirzəyeva və 10 yaşlı M.B-dir (azyaşlının ad və soyadı şərtidir).

Əvvəlki məqalə

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu intihar edib

Sonrakı məqalə

Azərbaycan Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsi qurdu –