Leyla Abdullayeva Fransanın xarici işlər naziri ilə görüşüb

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin Avropa və xarici işlər naziri Katrin Kollona ilə görüşüb.

Bu barədə Leyla Abdullayeva Tvitterdə bildirib.

“Avropa və xarici işlər naziri xanım Katrin Kollonanın diplomatik korpusuna xoş arzularla” – deyə azərbaycanlı diplomat vurğulayıb.

Qeyd edək ki, Leyla Abdullayeva bir neçə gün əvvəl etimadnaməsini Fransa Prezidenti Emmanuel Makrona təqdim edib.

Əvvəlki məqalə

UEFA İcraiyyə Komitəsinin bu il keçiriləcək ilk iclasının vaxtı bəlli olub

Sonrakı məqalə

Müharibə başlayandan Zelenskiyə 12 sui-qəsd cəhdi olub