Livan və İsrail arasında atəşkəs razılaşması bu gecə qüvvəyə minə bilər

Livan və İsrail arasında atəşkəs razılaşması noyabrın 27-nə keçən gecə qüvvəyə minə bilər.

Azpost.info xəbər verir ki, bunu Livan xarici işlər naziri vəzifəsini icra edən Abdalla Bu Həbib deyib.

“Biz İsrail Nazirlər Kabinetinin iclasının nəticələrini gözləyirik. Hərbi hərəkətlər gecə yarısı dayandırılmalıdır. Ümid edirik ki, biz barışıq əldə edə biləcəyik”, – Həbib bildirib.

Daha əvvəl “Al Jadeed” telekanalı atəşkəs elanının noyabrın 27-də Livanın baş naziri Nəcib Mikati tərəfindən verilə biləcəyini bildirmişdi. Hökumət başçısının özü bu məlumatı təsdiqləməkdən imtina edib və qeyd edib ki, danışıqlar davam edərkən şərh verməkdən çəkinməyə üstünlük verir.

Azpost.info

Əvvəlki məqalə

“Həzi Aslanov” stansiyasında qatarların hərəkət qrafiki dəyişdirilir

Sonrakı məqalə

Gələn il dövlət büdcəsinin gəlir və xərcləri nə qədər olacaq?