Livandan İsrailə 15 raket atılıb

İsrail ordusu Livandan ölkələri istiqamətində 15 raket atdığını qeydə alıb.

APA xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Raketlərin bir hissəsi məhv edilib, qalanları isə yaşayış olmayan əraziyə düşüb”, – deyə məlumatda bildirilir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.