Futbol üzrə İngiltərə Premyer Liqasının 21-ci turunun növbəti oyunu keçirilib.
“Liverpul” səfərdə “Vest Ham Yunayted” komandasının qonağı olub. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesab matçın ikinci hissəsində açılıb. Qarşılaşmanın 57-ci və 68-ci dəqiqələrində “Liverpul”un misirli ulduzu Məhəmməd Salah ardıcıl iki dəfə fərqlənərək komandasını hesabda önə çıxarıb. Görüşün 84-cü dəqiqəsində Robert Firminonun ötürməsindən sonra Gerginio Vijnaldium qapıya dəqiq zərbə endirib.
Oyunun 87-ci dəqiqəsində meydan sahibləri qollardan birinin əvəzini çıxıb. Belə ki, künc ötürməsindən sonra Kreyq Douson fərqlənib.
Qalan dəqiqələrdə hər iki komandanın fərqlənməyə şansı olsa da hesab dəyişməyib.
Bu qələbə sayəsində “Liverpul” xal sayını 40-a çatdıraraq turnir cədvəlində üçüncü yerə yüksəlib. “Vest Ham Yunayted” isə 35 xalla beşinci yerdə qərarlaşıb.