“Liverpul” Məhəmməd Salahı satmaq istəyir

İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

“Əl Hilal” klubu misirli hücumçu üçün Mersisayd təmsilçisinə 100 milyon avro təklif edib.

İddiaya görə, klub rəhbərliyi 32 yaşlı forvardı satmağı düşünür. Hətta “qırmızılar” ulduz futbolçunun əvəzinə İspaniyanın “Barselona” klubunda çıxış edən Rafinyanı transfer etməyi planlaşdırır.

Braziliyalı cinah yarımmüdafiəçisinin xidmətində İngiltərənin digər təmsilçisi “Tottenhem” də maraqlıdır. London klubunun kataloniyalılara 70 milyon avro təzminat ödəməyə hazır olduğu bildirilib.

Qeyd edək ki, Məhəmməd Salahın “Liverpul”la müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

Əvvəlki məqalə

Aİ-nin müdafiə strategiyasının hazırlanmasına Ukrayna da cəlb edildi

Sonrakı məqalə

TƏBİB seçki ilə bağlı gücləndirilmiş iş rejimində çalışır