Liviyada girovluqdan azad edilmiş azərbaycanlı Bakıda intihar edib

Suicide rope loop. Suicide noose concept

Bakıda intihar hadisəsi baş verib.

Hadisə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1978-ci il təvəllüdlü Əliyev Fərid Hüseyn oğlu yaşadığı evin həyətində özünü asıb.

Fərid Əliyev Türkiyə şirkətinə məxsus gəmidə mühərrik ustası vəzifəsində çalışıb. O, bir neçə il əvvəl Liviyada girov götürülüb. Təzəlikcə girovluqdan xilas olan F.Əliyev Azərbaycana qayıdıb.

Fərid Əliyevin girovluqda olduğu zaman keçirdiyi psixi pozğunluq nəticəsində özünə qəsd etdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır. (Lent.az)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.