Lökbatanda kişi baldızı tərəfindən bıçaqlanıb

Bıçaq
Bıçaq

Bakının Qaradağ rayonunda bıçaqlanma baş verib.

Ailə məişət zəmnində baş verən bıçaqlanma Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Əli Həsənov yaşadığı evdə baldızı ilə mübahisə edib. Mübahisə zamanı o qarnının ön divarından bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Fakt Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.