“Lotu Quli”nin qardaşı Rusiyada saxlanılıb

Azərbaycanlı qanuni oğru Namiq Səlifov Rusiyada saxlanılıb.

Bu barədə Rusiyanın “REN TV” saytı məlumat yayıb.

Məlumatda qeyd edilib ki, ötən il Rusiyada qanuni oğru, “Albert Rıjiy” kimi tanınan azərbaycanlı qanuni oğru Əli Heydərovu qətli ilə əlaqəli olmaqda şübhəli bilinən Rövşən Abbasov və Namik Səlifov şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, saxlanılanlardan Namik Səlifov “Lotu Quli” kimi tanınan mərhum Nadir Səlifovun qardaşıdır. Nadir Səlifovun qətlindən sonra onun dəstəsinə Namiq Səlifov rəhbərlik edir. Namiq Səlifov kriminal aləmdə “Namik Bakinski” kimi tanınır.

Əvvəlki məqalə

“Samsung”un yeni “Galaxy Z Fold4” və “Galaxy Z Flip4” modeli –

Sonrakı məqalə

“Əfqanların qışdan sağ çıxması üçün təcili 770 milyona ehtiyac var”