Lukaşenko 30 siyasi məhbusu əfv edib

Aleksandr Lukaşenko 30 siyasi məhbusun əfv edilməsi haqqında fərman imzalayıb.

Azpost.info xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

Əfv olunanların 14-ü qadın, 16-sı kişi, o cümlədən pensiya yaşında olanlar, həmçinin ağır xəstəliyi olanlar da var.

“Onların hamısı təqsirlərini etiraf etdilər, əməllərindən səmimi şəkildə peşman oldular və qanuna tabe olan həyat tərzi sürmək öhdəliyi götürdülər. Dövlət başçısının tapşırığı ilə bu kimi öhdəliklərin yerinə yetirilməsinə nəzarəti Daxili İşlər Nazirliyi təmin edəcək”, – məlumatda deyilir.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.