Lukaşenko: “Putinlə Ukraynaya hər hansı hücumu müzakirə etməmişik”

Rusiya dövlət başçısı Vladimir Putinlə heç vaxt Ukraynaya hər hansı hücumu müzakirə etməmişik.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya lideri ilə Kremldə keçirilən danışıqlarda Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

O deyib ki, Qərbli tərəfdaşların köməyi ilə bu gün Rusiya-Belarus münasibətlərində hərbi-siyasi spektr, lider mövqe tutub: “Biz cavab verməliyik – həm hərbi təlimlər, həm də diplomatiya sahəsində”.

Belarus Prezidentinin fikrincə, Qərbin fəaliyyəti çətin ki, uğurlu olsun: “Onlar birinci raundda çox güclü uduzdular. Bu gün görürəm, onlar ikinci raunda daxil olurlar və bütün dünyanı qorxudurlar ki, sabah Ukraynaya hücum edəcəyik, onu mühasirəyə alacağıq, məhv edəcəyik və s. Bu məsələləri nə qədər müzakirə etsək də, heç vaxt belə planımız olmayıb”.

Lukaşenko eyni zamanda, Rusiya və Belarusun hərbi təlimlərini davam etdirəcəyini də bildirib:

“Biz insanlara necə döyüşməyi öyrədəcəyik. Bundan qaça bilməzsən”, – o vurğulayıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bələdiyyələrin fəaliyyətinə dair illik məruzə MM-ə tövsiyə olunub

Sonrakı məqalə

Münhen Təhlükəsizlik Konfransı başlayıb