Zaur Cəlilov "LUKOYL-Azərbaycan" QSC-nin direktoru təyin olunub. Bu barədə Trend-ə Rusiyanın "LUKOYL" şirkətindən bildiriblər. O, bu vəzifədə Aydar Abdullini əvəz edib. A.Abdullin isə "LUKOYL-Trans" MMC-yə baş mühəndis vəzifəsinə təyin olunub. Z.Cəlilov bundan əvvəl "LUKOYL İtaliya" MMC-də kommersiya məsələləri üzrə menecer vəzifəsində işləyib.