Lənkəranda rabitəçini elektrik cərəyanı vuraraq öldürüb

Lənkəranda rabitəçini elektrik cərəyanının vuraraq öldürməsi ilə bağlı araşdırma aparılır.

Bu barədə “Aztelekom”dan məlumat verilib.

“Təəssüf hissi ilə bildiririk ki, 12.06.2024-cü il tarixində “Aztelekom” MMC-nin Lənkəran rayonunda yerləşən xidməti ərazisində bədbəxt hadisə baş verib. Hadisə nəticəsində subpodratçı şirkətlərdən birinin əməkdaşı Cəmil Zöhrab oğlu Həsənov həyatını itirib. Hadisənin baş vermə səbəbləri ilə bağlı yerli aidiyyəti qurumlarla birlikdə araşdırma aparılır. Subpodratçı şirkətin həyatını itirən əməkdaşının ailəsinə başsağlığı veririk”, – qurumdan qeyd olunub(report).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.