Mədəniyyət Nazirliyində kadr dəyişikliyi olub

Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov vəzifəsindən ayrılıb.

O, sözügedən vəzifədən ayrılması barədə özünün sosial media hesabında məlumat paylaşıb.

 

Mədəniyyət Nazirliyi Vüqar Hümbətovun vəzifəsindən ayrılmasını APA-ya təsdiqləyib. Onun yerinə bu vəzifəyə Sara Timovora təyin edilib. O əvvəllər İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
Əvvəlki məqalə

Arif Hacılının oğlunun apelyasiya məhkəməsi olacaq

Sonrakı məqalə

Ağdam Dram Teatrında “Naməlum Axundzadə” mistik komediyası oynanılıb