Dekabrın 13-də Ermənistan və Azərbaycan arasında məhbus hərbçilərin mübadiləsi İrəvanla Bakı arasında münasibətlərdə “sıfır nöqtəsi” oldu.
Azpost.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, İrəvan bundan sonra Bakı ilə diplomatik münasibətləri yaxşılaşdırmaq və iki ölkə arasında sülh sazişi bağlamaq üçün səy göstərəcək.
“Biz ən azı səy göstərməyə çalışa bilərik ki, bütün sonrakı xəbərlər Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması ehtimalını artırsın”, – Paşinyan bildirib.
Azpost.info