Məhkəmə Anar Əsədli barədə qərar verdi

Azərbaycan Yüksəliş Partiyasının dələduzluqda ittiham olunan sədri Anar Əsədli barəsindəki qərardan verilmiş şikayətə baxılıb.

 

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən iclasda şikayət əsassız sayılaraq rədd olunub.

 

Nərimanov rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

 

Qeyd edək ki, partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barəsində 2 ay 23 günlük həbs qətimkan tədbiri seçilib. (APA)

Əvvəlki məqalə

“Anadolu Qartalı- 2023” beynəlxalq taktiki-uçuş təliminin açılışı olub

Sonrakı məqalə

Tərtərdə çoban güllələnərək öldürülüb