Məhkəmə Cənubi Koreya Prezidentini həbsdə saxlayıb

Seul Mərkəzi Dairə Məhkəməsi Cənubi Koreya Prezidenti Yun Sok Yolu həbsdə saxlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

“Prezident Yun Sok Yolun prezidentin Korrupsiya Təcrübələri İstintaq İdarəsi (CIO) tərəfindən “qanunsuz həbs” iddiaları ilə əlaqədar həbsinin qanuniliyini yoxlamaq tələbi bu gün məhkəmə tərəfindən rədd edildi”, – məlumatda bildirilib.

Qeyd edək ki, yanvarın 15-də müstəntiqlər Yun Sok Yolu qiyamla bağlı həbs ediblər. Bildirilir ki, bu, ölkənin tarixində görünməmiş bir haldır ki, hazırda fəaliyyətdə olan prezident istintaq orqanı tərəfindən həbs edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.