Məktəblərə direktor müavinlərinin işə qəbulu üzrə müsahibələrə başlanılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinə təsərrüfat işləri üzrə direktor müavini/təsərrüfat müdiri, təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsinə dekabrın 14-dən start verilib.

BŞTİ-dən bildirilib ki, müsabiqənin test imtahanının nəticələrinə əsasən, keçid balını toplayan namizədlər bal sıralamasına uyğun olaraq müsahibələrə dəvət edilir.

Müsahibənin vaxtı haqqında məlumat namizədlərin qeydiyyatdan keçdikləri əlaqə telefonları vasitəsilə verilir.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və fərdi səriştələri nəzərə alınır.

Əvvəlki məqalə

Muğam Mərkəzində “Gənclərə dəstək” adlı konsert proqramı keçirilib

Sonrakı məqalə

Ölkədə icbari tibbi sığorta çərçivəsində ən çox müraciət edilən xəstəliklər açıqlanıb