Məktəblər 15 sentyabrdan açılır –

Dərslər hansı qaydada aparılacaq? (TƏHSİL NAZİRİ)
27 Avqust 2020 - 17:31

15 senytabrdan başlayaq ibtidai siniflər həftədə 2 və 3 dəfə olmaqla əyani tədrisə başlayacaq.

Azpost.info bildirir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında bəyan edib. Nazir deyib ki ,tədris epidimoloji vəziyyət nəzərə alınmaqla təşkil olunacaq.

5-9 siniflər və 10-11-ci siniflər üçün dərslər həm əyani, həm də onlyan qaydada başlanacaq. Sentyabrın 15-dən orta məktəblərin 5-9-cu siniflərində dərslər onlayn qaydada başlayacaq. “1 oktyabr tarixindən 5-9-cu siniflərin məktəbə əyani şəkildə dərsə gəlməsini planlaşdırırıq”.

5-ci və 9 –cu siniflərin həftədə 2 yaxud 3 dəfə əyani dərsə gəlmələri planlaşdırlır. 15 oktyabrdan isə 10 və 11-ci siniflər dərslərə başlayacaq.

“Hər şey yaxşı gedərsə biz oktyabrın 1-nə uyğunlaşdırlmış proqramla şagirdləri məktəbə qaytarmağı planlaşdırırq”.

Nazir deyib ki, “Virtual məktəb” layihəsi paralel qaydada başlanacaq və 2021-ci ilin martına qədər davam edəcək.

Bununla bərabər məktəblərdə təhlükəsizlik məsələlər də idarə ediləcək: “Bura həm məktəbin daxilində həm də xaricində müəyyən normalara əməl olunması, davranışlar daxildir”.